"Liverpul"un sabiq hücumçusu Maykl Ouen komandanın çempionlar Liqasında mübarizəsini dayandırmasını şərh edib. Matc.az xəbər verir ki, o, "qırmızılar"ı hələ də ən güclü hesab edib:

"Liverpul" çempionlar Liqasından çıxdı. İndi bütün böyük komandalar rahat bir nəfəs ala bilər. Nəticə "qırmızılar" üçün gözlənilməz idi. Amma şübhəsiz ki, onlar yenə də Avropanın ən yaxşı komandasıdır. "Atletiko" ilə matçda 90 dəqiqə inanılmaz idilər. Qapıçılar fərqi ortaya qoydu. Əminəm ki, "Atletiko"lu oyunçular soyunub-geyinmə otağında bir-birlərinə "Məğlub olduğumuz komanda möhtəşəmdir. Biz heç vaxt belə olmamışıq" dedilər. Madrid klubunun sabitliyi və dözümlülüyü matçın nəticəsini müəyyən etdi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest