Avroliqa və çempionlar Liqası oyunları sonrası UEFA ölkələrin reytinq cədvəlini yeniləyib. Matc.az xəbər verir ki, Azərbaycanın avrokuboklarda heç bir təmsilçisi olmadığı üçün mövqeyində dəyişiklik olmayıb.

26 cı sırada qərarlaşan millimizin aktivində 18,750 xal var. Yığmamızdan bir pillə yuxarıda yer alan Belarus 18 875, 27-ci Bolqarıstan komandası isə 17 375 xala sahibdir.

Siyahıya rəhbərliyi 99 426 xalla İspaniya edir. ölkələr arasında ən qızğın rəqabət isə Türkiyə və Ukrayna arasında gedir. Belə ki, cədvəldə ilk onluqda yer alan ölkənin çempionları çempionlar Liqasına birbaşa vəsiqə qazanır. Yeni reytinq cədvəlində isə Ukrayna 34 500 xalla 10-cu sıradadır.

Dünən axşam "Başakşəhər"in "Kopenhagen" qələbəsinin ardından (1:0) Türkiyə cədvəldə rəqibini yaxından izləməyə davam edib. "Ay-ulduzlular"ın aktivində 33 600 xal var.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest