13 Mart 2020, 19:00
DİGƏR
Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) tabeliyində olan bütün idman qurğularının fəaliyyətini dayandırıb
Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) tabeliyində olan bütün idman qurğularının fəaliyyətini dayandırıb.
Matc.az xəbər verir ki, bununla əlaqədar sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlama verib:
"Hazırda hər bir dövlətin əsas məqsədi bütün dünyanı narahat edən koronavirus pandemiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalisinin sağlamlığını qorumaqdı.
ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır. Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa çempionatı və Formula 1 Azərbaycan Grand Prisisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır. Məlumat üçün bildiririk ki, Respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb".