Azərbaycan Premyer Liqasının XXIII və XXIV turunun oyunları təxirə salınacaq.

Bu barədə matc.az saytına Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.

O, "Bütün idman qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb. Təbii ki, biz də bundan kənara çıxa bilmərik. Buna əməl olunacaq. Buna görə növbəti iki tur da təxirə salınır. Aprelin 14-ə kimi bütün kütləvi tədbirlər ləğv olunub"- deyə, bildirib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXIII turun oyunları 4-5 apreldə, XXIV turun matçları isə 11-12 apreldə keçirilməli idi. PFL daha öncə Premyer Liqada XXI və XXII turları da təxirə saldığını açıqlamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest