"Qəbələ"  koronavirus infeksiyasının yayılma ehtimalının davam etdiyi üçün məşqləri saxlayıb. Matc.az xəbər verir ki, bu barədə klub saytından məlumat verilib.

Bildirilir ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Qəbələ" İdman Klubu kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün idman növləri üzrə məşq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırılıb.

Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest