"Arsenal"ın sabiq kapitanı Toni Adams koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqasının gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, o, mövsümün dayandırılacağına inanmadığını bildirib:

"Mövsümün bitəcəyəyinə inanmıram. Əlbəttə ki, hər şeyin yaxşı olacağına ümid edirəm. Amma biz realist olaq, bu gün heç bir qərar vermək mümkün deyil. "Liverpul"un çempion elan olunacağını düşünmürəm. Bundan sonra nə olacağını görüb dəqiq qərarlar verməliyik. Avropa çempionatı ləğv olunarsa, bu mövsüm liqanı təyin olunan vaxtda başa vura bilərik".

"Liverpul" 82 xalla turnir cədvəlində 1-ci pillədədir. İkinci sıradakı "Mançester Siti" ondan 25 xal geridədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest