"Oyunçuların bir aylıq fasilədən sonra mübarizəyə qoşulmaları onlara təsir edə bilər. Bunun üçün klublar müəyyən işlər görməlidir. Proqram tərtib edilməli və bu müddətin futbolçulara təsirini minimuma endirməlidirlər. Oyunçular komandayla olmasa da, fərdi şəkildə məşqlərini davam etdirib öz formalarını saxlasınlar. Ancaq bununla yanaşı, burada psixoloji təsir də var. Bunu da nəzərə almalıyıq".

Bu sözləri matc.az saytına AFFA Məşqçilər Komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov deyib. O, daha sonra belə davam edib:

"Təəssüf ki, bu prosses bütün dünyanı əhatə edib. Hamımız dərk etməliyk ki, sağlamlıq hər şeydən önəmlidir. çalışıb doğru qərarlar verməliyik. Mümkün qədər dözümlü olmalı, motivasiyamızı yüksək tutmalıyıq. çünki bu da bir mübarizədir və qalib gəlməliyik".

Sadıqov "Qarabağ"ın mövsüm başa çatmadan çempion elan olunması ehtimalını da münasibət bildirib. 61 yaşlı mütəxəssis bunun ədalətli olmayacağını düşünür:

"İdman prinsiplərini pozmaq olmaz. Ədələtli davranmalıyıq. Bəli, "Qarabağ"ın 8 xal öndə olması üstünlükdür. Ancaq onları çempion etmək digər komandaların hüquqlarını pozmaq olar. Klublarımızın mövsümü sona qədər tamamlamasına imkan yaratmalıyıq. Yarışda meydanda güclü olan qalib olmalıdır. Bunlar mənim şəxsə fikirlərimdir. Kiminsə haqqına girmək düzgün olmaz. AVRO 2020-haqda nəticəni gözləyirik. Düşünürəm ki, ən düzgün qərar qəbul ediləcək. Qərar federasiyalarla məsləhətləşib qəbul edilir. Məncə, işimizə çox da təsir etməyəcək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest