2020-ci ildə keçirilməsi nəzərdə tutulan Avropa çempionatı gələn ilə təxirə salınıb. Matc.az xəbər verir ki, koronavirus epidemiyası yayılmağa davam etdiyi üçün UEFA belə bir qərar qəbul edib.

Bu gün quruma üzv olan 55 milli assosiasiya nümayəndəsi ilə keçirilən videomüşavirədə qitə birinciliyinin 2021-ci ilin yayında təşkil olunması razılaşdırılıb. UEFA-nın təklifini milli assosiasiyalar, Avropa Klublar Assosiasiyası (ECA) və Futbolçuların Həmkarlar İttifaqı (FİFPro) müsbət qəbul ediblər.

Məlumatda bildirilir ki,  yarışın 2021-ci il 11 iyun – 11 iyul tarixlərində keçirilməsi qərara alınıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest