Milli komandamızın keçmiş baş məşqçisi Robert Prosineçkinin səhhətində probem yaranıb. Matç.az saytının Bosniya mətbuatına istinadən məlumatına görə, xorvatiyalı çalışdırıcı xəstəxanaya yerləşdirilib.

Hazırda Bosniya və Hersoqovina yığmasına rəhbərlik edən Prosineçki ötən gün özünü narahat hiss etdiyi üçün həkimə müraciət edib. Müayinələrdən sonra onun appendiksində problem olduğu, əməliyyata ehtiyac duyulduğu müəyyən edilib.

Mütəxəssis bu səbəbdən bu gün baş tutan Bosniya və Hersoqovina Futbol Federasiyasının yeni binasının açılış mərasimində də iştirak edə bilməyib.

Qeyd edək ki, Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya millisi UEFA Millətlər Liqasında qrupda birinci yeri tutaraq pley-offa yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest