Bu il keçirilməli olan futbol üzrə Amerika kuboku təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) məlumat yayıb.
 
Buna dünya ölkələrində sürətlə yayılan koronavirus pandemiyası səbəb göstərilir. Məsələ burasındadı ki, koronavirusla əlaqədar Cənubi Amerika ölkələrində də futbol çempionatları məcburi dayandırılıb. Bu üzdən də Kolumbiya və Argentinanın birgə ev sahibliyi edəcəyi Amerika kuboku bir il sonraya – 2021-ci ilin iyun ayına təxirə salınıb.
 
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bu il Avropanın 12 ölkəsində keçirilməsi nəzərdə tutulan Aç-2020-nin də bir il sonraya təxirə salınmasına qərar verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest