"Bu, futbolun inkişafına da kömək olacaq. O zaman Azərbaycan millisi də uğurlu çıxış edəcək"

"Lokomotiv" (Moskva) klubunun baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, Azərbaycanda da keçiriləcək Avropa çempionatı barəsində danışıb:

"Bakıda möhtəşəm Olimpiya Stadionu var. Azərbaycanlılar  qonaqpərvər millətdir. Orada baş tutan bütün idman tədbirləri həmişə yaxşı keçirilib. Buna görə də Azərbaycan futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi ölkələr siyahısına daxil olub. Mən orada işləyəndə futbola çox böyük diqqət ayırırdılar. Klublar yaxşı sponsorlara malik olmalıdırlar. Bu, futbolun inkişafına da kömək olacaq. O zaman Azərbaycan millisi də uğurlu çıxış edəcək".

Qeyd edək ki, Syomin 2013-14-cü illərdə "Qəbələ" komandasının baş məşqçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest