"Barselona" mövsümün sonunda Filipp Koutinyonu geri qaytarmayacaq. Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, "Bavariya" yayda braziliyalı futbolçunu satın almaq hüququ ilə icarəyə götürmüşdü. Kataloniyalılar 27 yaşlı yarımmüdafiəçini 90 milyon avro müqabilində sərbəst buraxılmasına razılıq verib. Lakin futbolçu "Bavariya"dan ayrılmaq istəyir. Başqa bir klubun isə Koutinyo üçün o məbləği ödəyəcəyi inandırıcı deyil. Bu səbəbdən də "Barselona" futbolçunu yayda bir daha icarəyə verməyi düşünür.

Ehtimal edilir ki, Koutinyo sabiq komandası "Liverpul"a qayıdacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest