"Bu xəbərləri mən də oxumuşam. Hamısı uydurmadır"

UEFA prezidenti Aleksander çeferin Avropa liqalarında koronavirusla bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. Matc.az xəbər verir ki, qrum rəhbəri mövsüm başa çatmadan heç bir komandanın çempion elan edilməyəcəyini bildirib:

"Bu xəbərləri mən də oxumuşam. Hamısı uydurmadır. UEFA hansısa komandanın indidən çempion elan edilməsini təklif etməyib. Heç bir federasiyaya belə bir tapşırığımız yoxdur. Biz çalışırıq ki, liqalar sona qədər tamamlansın".

Qeyd edək ki, bir neçə gündür mətbuatda UEFA-nın ölkə liqalarını dayandıracağı və lider olan komandaları çempion elan ediləcəyi yazılırdı. Bunların arasında Premyer Liqamızın lideri "Qarabağ"ın da adı var idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest