"Atletiko"nun yarımmüdafiəçisi Saul Niges karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki,  "Mançester Siti" və "Mançester Yunayted" futbolçunu almaqda israrlıdır.

"Atletiko" futbolçu ilə müqaviləni uzatmaq istəsə də, gələn təkliflər buna mane olur. Oyunçunun Madrid təmsilçisiylə sözləşməsi 2026-cı ilə qədər olsa da, anlaşmadakı sərbəst qalma maddəsi klubu narahat edir. Belə ki, oyunçu üçün 150 milyon avro ödəyən komanda onu heyətinə qata bilər.

Mançester təmsilçilərini də cəlb edən həmin maddədir. Hər iki klub da bundan istifadə edib Saulu rənblərinə bağlamaq istəyir. Ancaq Madrid klubu futbolçunu saxlamaq niyyətindədir. Mənbə iddia edir ki, transferlə bağlı son qərarı Saul özü verəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest