Topaz Premyer Liqasında XII tura start verilib. Matç.az saytı xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün birinci matçında "Keşlə" və "Qəbələ" üz-üzə gəlib. ötən mövsüm kubokun finalında qarşılaşan rəqiblərin budəfəki görüşü də maraqla gözlənilirdi. Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra oyununda irəliləyiş hiss olunan bakılılar bu dəfə xalsız qalıblar. Son 4 turda meydanı qolsuz tərk etməyən Sənan Qurbanovun komandası isə səfərdə 2:1 hesablı qələbə qazanıb.

Günün ikinci matçında isə son illərin dəyişməz çempionu "Qarabağ" "Sabah"la qarşılaşıb. Qurban Qurbanovun yetirmələri debütantla oyunda gözlənilmədən xal itkisi ilə üzləşib. Son iki turda uduzan Elşad Əhmədovun yetirmələri çempionu büdrətməyi bacarıb - 1:1.

 

Topaz Premyer Liqası
XII tur
24 noyabr (şənbə)

 

"Qarabağ" – "Sabah" - 1:1

Qollar: Yakub Jezniçak, 45+1 - Elgün Nəbiyev, 44

Tofiq Bəhramov adına Respublika stadionu. Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Markos Madera (k), 9. Araz Abdullayev, 10. Dani Kintana, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Qerye

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 25. Ansi Aqolli, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

"Sabah": 30. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 15. Erik Ramos, 25. Vanderson Silva, 22. Miloş Bosançiç, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev (k), 4. Tərzin Cahangirov, 32. Elvin Yunuszadə, 11. Elgün Nəbiyev

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədl, 27. Bəxtiyar Soltanov, 6. Vadim Abdullayev, 3. Elvin Bədəlov, 14. Tural Qürbətov, 7. Vitali Kvaşuk, 33. Eltun Turabov, 2. ülvi İbazadə, 77. Şakir Seyidov, 12. Zahid Mərdanov, 97. Emil Qasımov

Baş məşqçi: Elşad Əhmədov

 

"Keşlə" – "Qəbələ" - 1:2

Qollar: Amil Yunanov, 38 - Atakora Lalavele, 17, Vojislav Stankoviç, 20

ASK Arena. Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu

"Keşlə": 30. Davud Kərimi, 33. Tərlan Quliyev (k), 3. Denis Silva, 93. Edvinas Girdvainis, 2. Sərtan Taşkın, 4. Slavik Alxasov, 22. Nikola Mitroviç, 90. Ebrima Sohna, 17. Samir Məsimov, 9. Amil Yunanov, 14. Andre Klennon

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 88. Məmməd Quliyev, 11. Bahodir Nasimov, 7. Vaqif Cavadov, 80. Diallo Quydileye, 21. Herve Tçami, 31. Georgios Georgiadis, 94. Seymur Əsədov

Baş məşqçi:  Tərlan Əhmədov

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 7. Roman Hüseynov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 32. Amin Seydiyev

Baş məşqçi: Sənan Qurbanov

 

Turnir cədvəli

1

Neftçi

11

8

2

1

22-9

26

2

Qarabağ

12

7

3

2

21-13

24

3

Səbail

11

6

2

3

16-11

20

4

Sabah

12

5

2

5

10-16

17

5

Qəbələ

12

4

3

5

17-18

15

6

Sumqayıt

11

3

2

6

11-17

11

7

Keşlə

12

2

3

7

13-17

9

8

Zirə

11

1

3

7

9-18

6

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest