"Barselona"nın müdafiəçisi Xerard Pike futbol klubu almaq niyyətindədi. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Cosmos" sərmayə şirkətinin sahibi olan futbolçu eyni zamanda yeni turnir yaratmaq fikrindədi.

Ulduz futbolçu özü bu barədə açıqlama verib: "Biz iki proyekt üzərində işləyirik. Onlardan biri klub almaq, digəri isə yeni turnir yaratmaq və ya mövcud bir turnirin istifadəsidi. Bundan artıq nəsə demək istəmirəm".

Qeyd edək ki, Pike həmçinin tennis üzrə "Devis kuboku"nun da sponsorlarından olmağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest