Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki əməliyyat olunub. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilən mütəxəssisin əməliyyatının uğurlu keçdiyi bildirilib.

Həkimlər yığmamızın sabiq çalışdırıcısının vəziyyətinin stabil olduğunu və onun bir müddət reanimasiyada müşahidə altında olacağını söyləyiblər.

Qeyd edək ki, Prosineçkinin çalışdırdığı Bosniya və Herseqovina Millətlər Liqasında yerl aldığı qrupda birinci yeri tutaraq, A Liqasına vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest