Türkiyənin "Qaziantep" klubunun rumıniyalı baş məşqçisi Marius Şumudiça Super Liqada koronavirus pandemiyası ilə əlaqədar yaranan məcburi fasilədən yararlanaraq ölkəsinə yollanıb.
 
Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həm qardaş ölkədə, həm də Rumıniyadakı vəziyyətlə əlaqədar ölkəsinə xüsusi sifariş olunmuş çarter reysi ilə gedib.
 
Məlumata görə, təcrübəli mütəxəssisin köməkçiləri də onunla birgə Rumıniyaya yola düşüb.
 
39 yaşlı məşqçi səfərə çıxmazdan öncə bütün oyunçularına belə bir mesaj da göndərib:
 
"Dekabr ayından bəri bəzi sağlıq problemlərim vardı. Ona görə indiki halda tək düşündüyüm sağlığımın qayğısına qalmaqdı. Heç kimlə təmasda olmaq istəmirəm. özəl təyyarə ilə Rumıniyaya gedirəm. "Qaziantep" mənim ikinci ailəmdi. Amma indiki halda edə biləcəyimiz heç nə yoxdu. Gedişata baxacağıq. Həyat normala döndükdən sonra geri qayıdacağam".
 
Qeyd edək ki, daha öncə "Qaziantep" klubu bütün futbolçu və məşqçi heyətini bir həftəlik istirahətə buraxaraq onların izolyasiya şəraitində qalmalarını, şəhəri və ölkəni tərk etməmələrini tələb etmişdi. Klub açıqlamasında oyunçulara fərdi qaydada məşq etmək tapşırığı verildiyini bildirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest