Bildirilir ki, liqa təşkilatçıları FİFA-nın mövsümün sonunda oyunçu transferi ilə bağlı nə qərar vercəcəyini gözləyir. Rəsmilər Premyer Liqanın iyunun 1-də başlamasını istəyir

İngiltərə Premyer Liqası iyunda başlaya bilər. Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Bildirilir ki, liqa təşkilatçıları FİFA-nın mövsümün sonunda oyunçu transferi ilə bağlı nə qərar vercəcəyini gözləyir. Rəsmilər Premyer Liqanın iyunun 1-də başlamasını istəyir.

Mövsüm əvvəlində yayım hüquna sahib kanalla 1 milyard 900 milyon fund sterlinq dəyərində müqavilə imzalanıb. Bunun üçün də liqanın tamamlanacağı dəqiqdir. Qrum rəsmiləri hətta növbəti mövsümə də əvvəlcədən təyin olunan vaxtda – avqustun 8-da başlamaq niyyətindədir.

Bununla yanaşı, Premyer Liqanın iyulda bitməsini istəyən təşkilatçılar iyunda müqaviləsi son çatacaq futbolçular üçün FİFA-nın hansı qərar verəcəyini gözləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest