Uğursuz mövsüm keçirən "Fənərbaxça" gələn yay heyətində ciddi dəyişikliklər edəcək. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhənginin transfer siyahısı indidən hazırlanır.

"Sarı-lacivərdlilər"in heyətə qatmaq istədiyi ilk oyunçu isə "çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqasdı. London klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan ulduz futbolçu "Fənər"ə havayı keçə bilər. Klubun idman direktoru Damien Komolli ispaniyalının meneceri Darren Deinlə görüşərək, keçidin detallarını müzakirə edib. Həm Komolli, həm də "Fənərbaxça"nın prezidenti Ali Koçla dost olan Dein müştərisinin Türkiyədə yalnız "Fənər"in formasını geyinəcəyinə söz verib. çünki onunla "Qalatasaray" da yaxından maraqlanır.

Qeyd edək ki, Sesk Fabreqası "Milan" da transfer etmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest