"Bavariya"nın yarımmüdafiəçisi Hames Rodriges Münhhen klubunda qalmayacaq. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisi hazırda icarə əsasında komandanın formasını geyinən kolumbiyalını saxlamaq niyyətində deyil.

Razılığa əsasən, müqavilə ilə "Real"a məxsus olan ulduz futbolçunu "Bavariya" 42 milyon avroya birdəfəlik transfer edə bilər. Almanların direktorlar şurasının sədri Karl-Haynts Rummenigge bu məbləği ödəməyəcəklərini açıqlayıb. Əvəzində "Yuventus" həmin məbləği "Real" ödəməyə razılıq verib. Futbolçunun meneceri Jorje Mendeş "qoca sinyora" rəhbərliyi ilə görüşmək üçün Turinə yollanıb. Mendeş eyni zamanda "Yuve"nin istədiyi digər oyunçu "Vulverhempton"lu Ruben Neveşin də meneceridi.

Qeyd edək ki, "Bavariya" Hames Rodrigesi ötən ilin yayında "Real"dan 2 illik icarəyə götürmüşdü. Onun "kral klubu" ilə müqavilə müddəti 2021-ci ilin iyununa qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest