Futbol üzrə Yaponiya çempionatında koronavirus pandemiyası səbəbiylə yaranan fasilənin müddəti artırılıb.
 
Matc.az xəbər verir ki, bu barədə Yaponiya Futbol Liqası məlumat yayıb.
 
Məlumatda, pandemiya səbəbiylə fevralın 25-dən yaranan fasilənin müddətinin artırıldığı və mayın 9-dək olan oyunların təxirə salındığı bildirilib.
 
Daha əvvəl çempionatın aprelin 3-dək dayandırılması qərara alınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest