MLS klublarının məşq etməsinə qoyulan qadağanın müddəti uzadılıb.
 
Matc.az xəbər verir ki, ABŞ və Kanada klublarının mübarizə apardığı çempionatın iştirakçısı olan 26 komandanın hamısına aprelin 3-nə qədər məşq etmək qadağan edilib.
 
Bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.
 
Qeyd edək ki, dünyada geniş yayılmış koronavirus pandemiyasına görə MLS-də də martın 12-dən oyunlar 30 günlük təxirə salınıb. Daha sonra isə çempionatın mayın 10-na qədər keçirilməyəcəyi açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest