"Barselona"nın hücumçusu Antuan Qrizmann karyerasını Premyer Liqada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Romelu Lukakunun gedişindən sonra komandanın hücum xəttindəki boşluq doldurula bilməyib. Bunun üçün də klub rəhbərliyi Qrizmannı mövsüm sonunda heyətinə qatmağı düşünür.  "Mançester Yunayted" oyunçunu razı salmaq üçün Devid Bekhem, Erik Kontana və Corc Best kimi əfsanəvi futbolçuların geyindiyi 7 nömrəli formanı verməyə hazırdır.

"Barselona"da gözləntiləri qarşıla bilməyən fransalının komandadan ayrılacağı iddia edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest