"Ardıcıl iki qol vursaq da, asan oyun olmadı. Bugünkü hava, şərait, belə stadionda oynamaq olduqca çətindir. çox əziyyət çəkdik, şükr olsun ki, əziyyətimiz yerdə qalmadı. Qələbə seriyasını uzatmaq istəyirik". Matç.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə deyib.

 

Topaz Premyer Liqasının XII turunda səfərdə "Keşlə" ilə oyundan sonra jurnalistlərə açıqlama verən milli üzvü saytımızın əməkdaşının da suallarını cavablandırıb.

 

- Qol vurmaq imkanlarınız çox olsa da, xsüsusən də ikinci hissədə bunlardan yararlana bilmədiniz...

- 2:1-dən sonra rəqib qabağa çıxmağa, bərabərlik qolunu axtarmağa başladı. Belə olan halda isə bizim yaxşı imkanlarımız oldu. Hesab 3, hətta 4 top fərqi ola bilərdi, amma futboldu, əldə etdiyin hər imkan qol olmaya bilər. Hücumçularımız qol sayını artıra bilməsələr də, qabaqda çox əziyyət çəkdilər, rəqib müdafiəni daim təzyiq altında saxlayırdılar.

 

- Millətlər Liqasında ardıcıl iki görüşdən sonra burda da süni meydançada çıxış etmək sanki yormuşdu sizi...

- Yorğunluq istər-istəməz olur, üstəlik ayağımda da bir az ağrı var idi. Amma bu hallar bizə mane olmamalıdır. İşimiz budur və gecə saat 3-də də çağırsalar, oynamalıyıq.

- "Qəbələ"nin qeyri-stabil çıxışının səbəbini nədə görürsünüz?

- çempionatın səviyyəsi elə vəziyətə gəlib ki, hamı bir-birindən xal ala bilər. İkinci dövrəyə pis başlamamışıq. 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə etmişik. Ən çox da biz istəyirik ki, ardıcıl qələbələri sıralayaq. ümid edirəm ki, alınacaq.

- Kapitan Cavid Hüseynov dedi ki, biz çempionluq üçün oynamırıq. Əsas məqsəd ilk 3 yerdən birini tutmaqdır. Siz nə düşünürsüz bu barədə?

- Mövsüm başlayarkən çempionluq qarşımıza mütləq hədəf kimi qoyulmamışdı. Əgər "Qəbələ"nin adı varsa, bu klub həmişə iddialı olub. Desəm ki, çempionluğa oynayırıq, bu, inandırıcı olmaz, çalışırıq ki, mümkün qədər irəliləyək. Heç kimdən geri qalmırıq, heç bir komandadan pis oynamırıq.

- çempionluğa iki namizəd – "Neftçi" və "Qarabağ"la oynamısız. Birinə qalib gəlib, digərinə məğlub oldunuz. Hansını çempion kimi görürsünüz?

- Rəqiblər haqqında danışmağı xoşlamıram. Hələ çempionluqdan bəhs etmək tezdi. Hər iksinin də bərabər şansı var.

- Milli komandanın son oyundakı nəticəsi hər kəsdə məyusluq yaratdı. Sanki komanda meydana məğlub olmağa çıxmışdı. İstəksiz, ruhsuz oyun izlədik. Bu nə ilə əlaqədar idi?

- Mən azarkeşləri də, jurnalistləri də, hər kəsi başa düşürəm, amma bir az da bizi başa düşsələr, nə yaxşı olar. Bizdən çox heç kim bu matçda qələbəni arzulaya bilməzdi. Əziyyət çəkən bizik. üstəlik rəqib azarkeşlərin himnimizi fitə basması bizə çox pis təsir etdi. Əlimizdə imkan olsa, öldürərdik bəlkə də. Amma həmin gün onların günü idi. Bəlkə də bu rəqiblə yenidən oynasaq, biz böyükhesablı qələbə qazanarıq. Amma həmin gün nə istədilərsə, alındı. Məğlub olmuşuqsa, deyəcək çox söz olmur. Bir dəfə də demişdim, yenə deyirəm, xalqımızdan bu nəticəyə görə üzr istəyirəm. Onlar da bizim yanımızda olsunlar.

- Yaranan söz-söhbətlər barəsində nə deyə bilərsən? Söhbət gəzirdi ki, sanki kimlərsə bilərəkdən zəif oynamışdı...

- Onlar mənim komanda yoldaşlarımdı, çiyin-çiyinə mübarizə aparırıq. Doğrudan da qulağa çox iyrənc gələn söhbətlərdi. Bu haqda danışmaq da ayıbdı. Oxuyuruq, izləyirik biz özümüz də, heç cür inanmaq olmur. Elə oyunçulardan danışırıq ki, gözümlə də görsəm, inanmaram. Kamran da, Pavel də, Dima da canını qoymağa hazır olan oyunçulardı. Belə söhbətlər deyilməsə, yazılmasa, daha yaxşı olar.

- Martda yeni seçmə mərhələnin startı olacaq. Maraqlıdır ki, əgər Kosovo seçmə mərhələdən birbaşa Aç-yə yollansa, siz yolunuza davam edə bilərsiniz. Sizcə, belə bir şeyə ümid varmı?

- Elə şeylər var ki, özümüzdən asılıdı, amma burda hər şey kimdənsə asılı vəziyyətdi. Nə olacaqsa, xeyirlisi olsun. Biz püşkü gözləyirik və öz rəqiblərimiz maraqlıdır. Baş məşqçimizin rəhbərliyi ilə hazırlaşacağıq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest