"Açığı, biz də nə olacağını bilmirik. Gözləmə mövqeyindəyik. Ölkə karantindədir. Düzdür, çölə çıxmaqda problem yoxdur. Fərdi şəkildə məşqləri davam etdirməyə cəhd edirəm"

"Hazırda Tiblisidəyəm. Azərbaycana gəlmək fikrim yoxdur. çünki gəlsəm, qayıtmaq porblem olacaq. Hələlik gözləyirəm"

Bu sözləri matc.az saytına Gürcüstanın "Samtredia" klubunda çıxış edən Nicat Qurbanov  deyib. 28 yaşlı futbolçu koronavirus epidemiyası üzündən dayanan çempionatın taleyi barədə danışıb:

"Açığı, biz də nə olacağını bilmirik. Gözləmə mövqeyindəyik. ölkə karantindədir. Düzdür, çölə çıxmaqda problem yoxdur. Fərdi şəkildə məşqləri davam etdirməyə cəhd edirəm. Ancaq müəyyən çalışmalarla kifayətlənməyə məcburam. Komanda ilə məşq etmək daha keyfiyyətli olur. Hələlik kollektiv çalışa bilmirik. ümid edirik ki, hər şey yoluna düşəcək".

Qeyd edək ki, Gürcüstan çempionatı yeni start götürmüşdü. Qurbanovun klubu ilə bir illik müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest