"çelsi"nin hücumçusu Olivie Jiru İngiltərə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, 33 yaşlı forvard komandadan ayrılmaq istədiyini gizlətməyib:

"Düzünü desəm, özümü hər klubda görürəm. çətin bir altı ay keçirdim. Davamlı oynamaq və meydanda olmaqdan zövq almaq istəyirdim. Buna görə də yanvarda "çelsi"ni tərk etməyə çalışdım. Ancaq klub mənə əvəzedici tapmadığı üçün satmadı. Qış transfer dönəminin son gününə qədər getməyi düşünürdüm. Komandada qaldığıma görə məyus olmuşdum. Ancaq səhəri gün "çelsi" forması ilə meydana çıxdım. Sonra isə hər şeyi unutdum".

Qeyd edək ki, fransalı oyunçu cari mövsümdə "çelsi"də 13 oyun keçirib və 3 qol vurub. Futbolçunun "zadəganlar"la müqaviləsi iyunun sonunda başa çatır. Qışda Jirunun "Tottenhem"ə keçəcəyi iddia edilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest