Dünyanın ən barışmaz rəqibləri olan "River Pleyt" və "Boka Xuniors" klubları arasındakı matçlar "Superclasico" adlanır. Rəqbətin əsas səbəblərindən biri də iki klub azarkeşlərinin fərqli ideologiyaları təmsil etmələridir.

Libertadores Kubokunun finalının ötən gecə keçirilməli olan cavab matçı təxirə salınıb. Matç.az saytının məlumatına görə, buna final iştirakçıları – "River Pleyt" və "Boka Xuniors" fanatları arasındakı  dava səbəb olub.

İlk olaraq "River Pleyt" azarkeşləri "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum çəkiblər. Avtobusun bir neçə şüşəsinin sındırıldığı hadisədə futbolçulardan da xəsarət alanlar olub.

Qarşılaşma bir saat sonraya təxirə salınsa da, hər iki klubun futbolçuları və baş məşqçiləri meydana çıxmaqdan imtina ediblər.

Bundan sonra klub prezidentləri görüşərək, oyunun bu günə keçirilməsini xahiş ediblər.

Qarşılaşma bu gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatmışdı.

Qeyd edək ki, dünyanın ən barışmaz rəqibləri olan "River Pleyt" və "Boka Xuniors" klubları arasındakı matçlar "Superclasico" adlanır. Rəqbətin əsas səbəblərindən biri də iki klub azarkeşlərinin fərqli ideologiyaları təmsil etmələridir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest