01 Aprel 2020, 00:38
DİGƏR
Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb. Matc.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.
Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.
Şəhriyar Məmmədyarov isə 10-cu sıradakı mövqeyini itirib. 2764 xalı olan Məmmədyarov 1 pillə geriləyərək 11-ci yerdə qərarlaşıb.
Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2670) 74-cü pillədə yer alıb. 2 654 xalı olan Rauf Məmmədov 91-ci sıradakı yerini qoruyub.
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdü.
Qadınlardan Günay Məmmədzadə ötən reytinqlə müqayisədə 1 pillə geriləyib və 2 443 xalla 29-ci yerdə qərarlaşıb. 2 371 xala malik Gülnar Məmmədova 77-ci pillədə qalıb. ülviyyə Fətəliyeva (2 377) "100-lüy"ü tərk edib. Əvəzində isə Xanım Balacayeva 2 362 xalla 86-cı sıraya yüksəlib.