Region Liqası təmsilçisi "Ağsu Siti" Koronavirusla Mübarizəyə Dəstək Fonduna iane edib. Matc.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabından məlumat verib:

"Hazırda Azərbaycanı və bütövlükdə dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə üçün hər kəs səfərbər olub. Azərbaycanda bu virusa qarşı mübarizə üçün Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna cəmiyyətin müxtəlif təbəqələrindən yardımlar edilir. "Ağsu Siti" klubu olaraq biz də bu nəcib missiyadan kənarda dura bilməzdik. Klub özü çətin günlər yaşasa da və müxtəlif vasitələrlə təzyiqlərlə üzləşsə də, hazırda ilk məqsəd koronavirus bəlasından qurtulmaq üçün əlindən gələn dəstəyi göstərməyi özünə vəzifə bilir. Bildirək ki, klubumuz öz imkanları daxilində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 (yüz əlli) AZN köçürtdü. "Ağsu Siti" olaraq cəmiyyətin bütün təbəqəsindən olan vəzifəli və imkanlı şəxsləri koronavirusla mübarizəyə dəstəyə çağırırıq"- deyə, bildirilib.

Qeyd edək ki, komanda Mərkəz zonasının vahid lideri olaraq pley-off mərhələsinə vəsiqəni təmin edən ilk Region Liqası təmsilçisidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest