Fransanın "Nant" klubunun sabiq baş məşqçisi Raynald Denois 2000/01 mövsümündə qazandığı qızıl medalı satışa çıxarıb.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis, koronavirus pandemiyası ilə mübarizəyə dəstək üçün bu addımı atır.
 
Həmin mövsüm "Nant"la Fransa çempionu olan mütəxəssis, qazandığı qızıl medalı satışa çıxarmağa qərar verib. Medalın qiyməti 3 min avrodan artıq dəyərləndirilib. Satış 6 aprelədək aparılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest