Antuan Qrizmann "Barselona"nı tərk etməyəcək. Matc.az xəbər verir ki, klub rəhbərliyi oyunçunu komandada saxlamaq niyyətindədir.

Məlumata görə, Kataloniya təmsilçisi Qrizmannın ilk mövsümü olduğu üçün "Barselona"ya uyğunlaşa bilmədiyini düşünür. Buna görə də fransalı futbolçuya daha bir il şans veriləcək. Oyunçunun da komandada qalmaq istədəyi bildirilib.

İspaniya mətbuatı daha öncə Qrizmannın göndəriləcəyini yazırdı. Hətta "Mançester Yunayted"in onunla maraqlandığı qeyd edilmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest