Ukrayna Premyer Liqasında XVI tura yekun vurulub. Matç.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin forma geyindiyi "Aleksandriya" da növbəti matçına çıxıb.

Komanda doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millətlər Liqası matçlarından sonra yığmamızın heyətindən yeni dönmüş Paşayev qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.

O, 77-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 16 oyundan sonra aktivində 33 xal olan "Aleksandriya" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest