Almaniyanın "Bavariya" klubu məşqləri bərpa edib.
 
Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Klubun bazasında, açıq havada baş tutan məşqdə heç də bütün futbolçular iştirak etməyiblər. Ciddi gigiyenik qaydalara əməl etmək şərtilə keçirilən hazırlıq prosesində futbolçular arasındakı sosial məsafənin qorunmasına da diqqət yetirilib.
 
Koronavirus pandemiyasına görə Almaniya Bundesliqasında mövsüm təxirə salınıb və aprelin 30-dan tez başlamayacaq. Bir neçə gün əvvəl "Şalke" də məşqləri bərpa etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest