"Matça start heyətində başlayacağımı bir neçə gün əvvəldən bilirdim. Doğrudur, bir az həyəcanlandım və narahat oldum. Amma hakimin start fitindən sonra hər şey yoluna düşdü". Matç.az saytının məlumatına görə, bu sözləri milli komandamızın üzvü Ramil Şeydayev deyib.

Rusiya Premyer Liqasının XV turunda Moskvada "Spartak"la qarşılaşan Samara təmsliçisinin forvardı oyundan sonra klubun saytına açıqlama verib.

- Oyun epizodlarının birində cərimə meydançasına yolladığın topu "Spartak"ın futbolçusu əllə kəsdi. Bu barədə nə deyə bilərsən?

- Penalti olduğu açıq-aşkar görünürdü. Hər şey açıq idi, amma hakimin fiti susdu. Nə deyim axı? Bu oyunda bizə qarşı çox haqsızlıq oldu. Digər tərəfdən düşünürsən ki, hakimlər də insandı və yanlış qərarlar ola bilər.

- Hesabda irəli olsaz da, bunu qoruya bilmədiniz. İlk qoldan dərhal sonra ikincini də buraxdınız. Nələr baş verdi?

- İlk qolu buraxdıqdan dərhal sonra qapımızda ikinci topu gördük. Görünür, konsentrasiyanı itirdiyimiz üçün rəqib ardıcıl 2 dəfə bizi məyus etdi.

- Qış fasiləsinə kimi iki oyununuz qalıb. Sizcə hansı daha vacib oyun olacaq – Samaradakı, ya Orenburqdakı?

- Hər iki matç çətin olacaq. Biz yalnız öz oyunumuzu düşünməliyik. Yaxşı oynasaq da, nəticələr nə bizi, nə də azarkeşləri qane edir. ümid edirəm ki, qarşıdakı həlledici matçlarda özümüzü bir az daha yaxşı tərəfdən göstərəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest