AFFA Eusebio Di Françesko ilə danışıq aparmayıb. Bu barədə matc.az saytına qrumun  İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Türkiyə mətbuatı Di Françeskonun Azərbaycan millisinin başına keçəcəyini iddia etmişdi. Hətta xəbərdə federasiyanın təcrübəli mütəxəssisə təklif göndərdiyi də bildirilirdi. Ancaq AFFA rəsmisi saytımıza verdiyi məlumatda Di Françesko ilə heç bir danışıq aparılmadığını qeyd edib.

Bununla yanaşı, qrum rəsmisi milli komandanı çalışdırmaq üçün namizəd olan mütəxəssislər barədə mətbuata məlumat verilmədiyini də qeyd edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest