İngiltərənin "Mançester Yunayted" klubu çexiyalı qapıçı Radek Viteki heyətinə qatıb.
 
Matc.az xəbər verir ki, 16 yaşlı qolkiper çexiyanın "Siqma" klubundan transfer olunub. 
 
Bu barədə çexiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə tərəflərin bu transferi hələ qışda razılaşdırdığı, son günlərdə isə qalan detalları da həll etdiyi diqqətə çatdırılıb.
 
Radek Vitek klubunun rəsmi saytına İngiltərə nəhənginə keçidi barədə bunları söyləyib: "Mançester Yunayted"ə transfer olunmaq futbol oynamağa başlayan hər bir uşağın arzusudu. Yeni komandama qoşulmağı səbrsizliklə gözləyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest