Komandanın kapitanı Lionel Messi hər fürsətdə braziliyalını "Barselona"da görmək istədiyini bildirir. Rəhbərlik ötən mövsüm də Neymarı heyətə cəlb etmək istəsə də, PSJ rəhbərliyi ilə razılaşa bilməmişdi. Ancaq yayda forvard Kataloniya təmsilçisinə keçməyə yaxındır.

PSJ-nin hücumçusu Neymar gələn mövsüm İspaniyada çıxış edə bilər. Matc.az xəbər verir ki, "Barselona" oyunçunu heyətinə qatmaqda israrlıdır.

Komandanın kapitanı Lionel Messi hər fürsətdə braziliyalını Kataloniya klubu görmək istədiyini bildirir. Rəhbərlik ötən mövsüm Neymarı heyətə cəlb etmək istəsə də, PSJ rəhbərliyi ilə razılaşa bilməmişdi. Ancaq yayda forvard Kataloniya təmsilçisinə keçməyə yaxındır.

Belə ki, koronavirus üzündə ciddii maliyyə böhranı yaşayan Paris klubu yüksək maaş alan futbolçuların bəziləri ilə yolları ayırmağı düşünür. Klub Mbappe və Neymar arasında qərar verməlidir. PSJ rəhbərliyi isə fransalı hücumçunun heç bir halda satılmayacağını bildirib.

Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında Paris təmsilçisinə keçmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest