"Real"ın baş məşqçisi Zinəddin Zidan PSJ-nin hücumçusu Kilian Mbappeni istəyir. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, fransalı mütəxəssis həmyerlisini komandaya cələb etmək fikrindədir. Rəhbərliklə danışan Zidan Mbappenin alınmasını tələb edib. Hətta transfer siyahısının ilk pilləsində 21 yaşlı hücumçu olduğu üçün "Real"ın Kristiano Ronaldonu istəmədiyi bildirilir.

Ancaq PSJ rəhbərliyi forvardı satmaq niyyətində deyil. Paris klubu Mbappeni daha bir il komandada saxlamağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest