Beynəlxalq Basketbol Federasiyası (FIBA) iyunda keçirilməsi planlaşdırılan bütün turnirləri ləğv edib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da baş tutmayacaq.

 B qrupunda yığmamızla yanaşı, Ermənistan, İrlandiya və Andorra milliləri də mübarizə aparmalı idi. çempionatının iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

FIBA mayda keçirəcəyi növbəti iclasında yarışın yeni vaxtını təqdim edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest