Fransa Liqa 1-də yeni mövsümün başlaması avqustun 23-nə planlaşdırılır.
 
Matc.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb. Xəbərdə, Fransa Peşəkar Futbol Liqasının yeni mövsümə avqustun 23-də start verilməsini istədiyi bildirilib.
 
Liqa 1-də yeni mövsüm avqustun 21-i başlamalı idi. Ancaq koronavirus pandemiyasına görə bu müddət iki gün geri çəkilib.
 
Hazırda koronavirusa görə dayandırılan mövsümün isə iyulun 25-nə qədər yekunlaşdırılması planlaşdırılır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest