İngiltərənin "Arsenal" klubu koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar futbolçularının maaşlarını azaltmaq istəmir.
 
Matc.az xəbər verir ki, London təmsilçisi UEFA çempionlar Liqasına vəsiqə qazansa, futbolçu və məşqçi heyətinin məvacibini endirməyəcək. Bu barədə TASS agentliyi məlumat yayıb.
 
Qeyd edək ki, nəhəng klublar da daxil olmaqla, Avropanın əksər komandaları koronavirusun yaratdığı çətinliklərlə əlaqədar futbolçuların, məşqçilərin maaşlarını azaltmaqla vəziyyətdən çıxmağa çalışır. Lakin göründüyü kimi, "Arsenal" rəhbərliyi belə bir addım atmaq istəmir.
 
Futbol üzrə İngiltərə Premyer Liqasında 29 tur oynanılıb. "Arsenal" isə 28 oyun keçirib və 40 xalla 9-cu pillədə qərarlaşıb. "Topçular"ı çL zonasından 8 xal ayırır. Koronavirusa görə yarımçıq dayandırılan Premyer Liqada mübarizənin nə vaxt bərpa olunacağı bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest