İngiltərənin "Liverpul" klubunun koronavirus pandemiyasına yoluxan sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqliş xəstəxanadan çıxıb.
 
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
Aprelin 10-da pandemiyaya yoluxduğu açıqlanan 69 yaşlı mütəxəssis xəstəxanaya yerləşdirilmişdi. Artıq onun lazımi müalicələr aldığı və həkimlərin Kenninin evə getməsinə icazə verdiyi bildirilib.
 
Dalqliş 1977-1990-cı illərdə "Liverpul"un formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest