"Zirə"nin müdafiəçisi Alvaro Ampueronun ölkəsi Peru mətbuatına müsahibəsi

-Bakıda karantin dönəmi necə keçir?

-Azərbaycanda bütün tədbirlər təxirə salınıb, qaydalar sərtdir. Sevgilimlə yalnız alış-verişə çıxırıq və evdə daha çox vaxt keçiririk. Bir ay əvvəl turnir dayandı. Məşqdə idik, bizə iki gün istirahət verdilər. Daha sonra apreldə çempionatın bərpa ediləcəyi barədə müzakirə olacağı bildirildi.

-Azərbaycanda komandaların sayı azdır...

-Səkkiz komanda var və çempionat dörd dövrədən ibarətdir. Hər komanda ilə dörd dəfə oynayırsınız. İkisi evdə, ikisi səfərdə. Avropa Liqasında vəsiqə verilən ölkə kuboku da var. Orada yarımfinaldayıq və bu ay oynanılacaqdı. Ancaq indi necə olacağını bilmirəm.

-Fasilə sizə psixoloji cəhətdən nə dərəcə təsir etdi?

-çətin vəziyyətdir. çempionatın sonlarındayıq, hər oyun bizim üçün final idi. Əvvəlcə fasilənin çox az olduğunu düşündüm. çünki yoluxma az idi. Ancaq onsuz da bir ay var və başqa bir şey haqqında danışmalıyıq. Yanvar ayında Türkiyədə 20 günlük təlim-məşq toplanışı keçirmişdik. Ancaq indi hər şey dəyişib, gündən-günə qəribələşir. Karyeramda indiki qədər fasilə yaşamamışdım

-"Zirə"yə keçidiniz necə reallaşmışdı?

- Bu, sürətli və təəccüblü oldu. 2018-ci ildə "Munisipial"da uğurlu mövsüm keçirdim, amma ötən il iki dəfə zədələndim. Zədənin biri dizimdən olmuşdu, ikinci dövrədə az oynadım. 2018-ci ildəki çıxışıma görə mənimlə əlaqə qurdular. Əvvəlcə zədəyə görə bir az tərəddüd etdim. çünki uzaq yerə getməli idim, ölkəni, çempionatı tanımırdım. Təklifi qəbul edib-etməyəcəyimi bilmirdim, fiziki cəhətdən tam hazır olmadığım üçün risk idi. Ancaq variantı maraqlı gördüm, xaricdə yenidən cəhd etmək üçün uğurlu zaman olduğunu hiss etdim.

- Azərbaycan haqda nə bilirdiniz və futbolundan nə gözləyirdiniz?

- Burda nə ilə qarşılaşacağımı bilmirdim, Səudiyyə Ərəbistanı kimi fərqli mədəniyyətə malik ölkə olduğunu düşünürdüm. Bakı gözəl və müasir şəhərdir, burada hər şey var. Liqa məni çox təəccübləndirdi, yaxşı komandalar, oyunçular, stadionlar var. Bura gəlmək qərarımın düzgün olduğunu düşünürəm. Ancaq insanlar stadionlara çox getmirlər, Perudakı kimi atmosfer yoxdur. Bunu Peru ilə müqayisə etmək qəribədir. İndi bütün diqqətimi oyunumu inkişaf etdirməyə yönəltmişəm. Bu yolla Peru millisinə çağırılmaq istəyirəm. çünki dünya çempionatında oynamağın xəyallarını qururam.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest