İspaniyalı sabiq futbolçu Andres Palop koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, "Valensiya" və "Sevilya" klublarının sabiq qolkiperi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
 
46 yaşlı Palop bir müddət əvvəl koronavirus testinin müsbət çıxdığını və xəstəxanada müalicə alaraq, artıq sağaldığını bəyan edib. Bundan sonra evində 14 günlük karantində olacağını açıqlayan sabiq qapıçı, sağalmasında əməyi keçən bütün tibb işçilərinə və xəstəxana çalışanlarına minnətdarlığını bildirib.
 
Xatırladaq ki, "Valensiya"nın yetirməsi olan Palop, iki mövsüm "Vilyarreal"da da çıxış edib. O, karyerasının böyük hissəsini keçirdiyi "Sevilya"da 8 il ərzində 200-dən çox oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest