"Nikolas hər dəfə oyuna çıxanda eyni həyəcanı keçirirəm. Amma bir görüş daim yadımda qalacaq"

APOEL-in müdafiəçisi Nikolas Yoannunun həyat yoldaşı Kristina Efstatio Kipr mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, Efstatio Kipr millisinin üzvünün karyerası ilə bağlı maraqlı xatirələri bölüşüb:

"Nikolas hər dəfə oyuna çıxanda eyni həyəcanı keçirirəm. Amma bir görüş daim yadımda qalacaq. Bu, "Qarabağ"la Bakıdakı qarşılaşmadır. Orada qələbə qazanmaları və qrupa vəsiqə əldə etmələri heç vaxt yadımdan çıxmayacaq. Düzdür, onun zədələndiyini görmək yaxşı deyildi. Ancaq həmin matçda çox sevinmişdik".

Qeyd edək ki, öz meydanında "Qarabağ"a məğlub olan (1:2) APOEL Bakıdakı cavab görüşündə 2:0 hesablı qələbə qazanaraq, pley-off mərhələsinə yüksəlib, Avropa Liqasının qrupuna vəsiqəni təmin edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest