"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki son ev oyununu çexiyalı Petr Ardeleanu idarə edəcək. Matç.az saytı xəbər verir ki, "Sportinq"lə görüşə təyinat alan 38 yaşlı referi əvvəllər də Azərbaycan klublarının oyunlarında iş başında olub.

2013-cü ildən FİFA dərəcəsi alan Ardeleanu 2014-cü ildə Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən "Qarabağ" – "İnter" görüşündə Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasında yer alıb. O, Ağdam klubunun son dəqiqələrdə vurduğu və komandanı 1/16 finala daşıyacaq qolun qeydə alınmamasında əsas günahkar olub. Referi əlavə hakim köməkçisi kimi çıxdığı matçda həmin sayılmayan qol zamani "İnter"in qapısının arxasında dayanıb və ədalətsizliyin əsas səbəbkarlarından biri kimi "Qarabağ"ın 1/16 final yolunu bağlayıb.

Ardeleanu iki dəfə Azərbaycan millilərinin oyununda baş hakim kimi fit çalıb. O, 2013-cü ildə U-21-in səfərdə Makedoniyaya 0:1 hesablı məğlubiyyətini qeydə alıb. 2016-cl ildə isə U-17-nin Belçika ilə 1:1 hesablı bərabərliyinə şahid olub.

Qeyd edək ki, "Qarabağ" – "Sportinq" oyunu noyabrın 29-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest