İtaliyanın "Roma" klubu koronavirusla mübarizəyə dəstək olmaq üçün daha 100 min avro pul toplayıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
A Seriyası təmsilçisi məhdud sayda satışa buraxdığı formalardan 5 günə 100 min avro pul yığıb. Satışın daha iki gün davam etdiriləcəyi bildirilir. Bu məbləğ koronavirusla mübarizə üçün sərf olunacaq.
 
Xatırladaq ki, "canavarlar" daha öncə də kampaniya başladaraq 500 min avrodan çox məbləğ toplamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest