Şotlandiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan çempionatların taleyinə rəsmən aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, bu ölkənin 2-ci (çempionşip), 3-cü (League One) və 4-cü (League Two) liqalarında yarıda qalan mövsümün ləğv olunması səsverməyə çıxarılıb. 
 
Şotlandiya Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, səsvermədə sözügedən liqalarda mübarizə aparan 42 klub iştirak edib. Həmin klublar mövsümün ləğvinə qərar veriblər. çempionatlar dayandırıldığı günə olan vəziyyətə uyğun başa çatmış elan olunub. Belə olan halda ilk pillədə qərarlaşmış komandalar çempion elan edilib. Beləliklə, 2-ci liqada "Dandi Yunayted", 3-cü liqada "Rayt Rovers", 4-cü liqada isə "Cove Reyncers" bu mövsümün çempionuna çevrilib.
 
Rəsmi açıqlamada üst liqaya yüksələcək və ya çempionatı tərk edəcək komandalarla bağlı daha sonra qərar veriləcəyi bildirilib. Hazırda bu məsələ ilə bağlı xüsusi çalışmalara start verilib.
 
PFL Şotlandiyanın yüksək liqası ilə də bağlı açıqlama yayıb. Premyer Liqa ilə bağlı ayrı bir toplantı keçiriləcəyi bildirilib. Elita təmsilçiləri də mövsümün ləğvinə razılaşsalar, turnir cədvəlindəki mövcud vəziyyət nəzərə alınacaq. Belə olan halda "Seltik" çempion elan olunacaq. Hazırda bu komanda 80 xalla zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest