"Zirə"nin qapıçısı Orxan Sadıqlının matc.az saytına müsahibəsi

-Karantin dönəmi necə keçir?

--Novruz bayramı ilə əlaqədar martda rayona gəlmişdim – Cəlilabada. Ancaq sonra məlum səbəbdən qayıda bilmədim. Artıq bir aydır buradayam. çox vaxt evdə oluram. Demək olar ki, ancaq yatıram. Yatmağı çox xoşluyanam. Yuxudan günortalar dururam. Böyüdüyüm yerdi, vaxt çox da pis keçmir, ancaq futbol üçün darıxıram.

-Koronavirusdan qoruna bilirsən?

-Koronavirus bizim küçəyə girə bilməz (gülür). Nə deyim, mən də hamı kimi spirt, maska, əlcək  belə şeylərdən istifadə edirəm. Evdən icazə ilə çıxırıq. Mümkün qədər evdə çox vaxt keçirirəm. özüm arada fərdi şəkildə hazırlaşıram, press, jim edirəm. Formada qalmağa çalışıram. 2-3 topum var, arada məhlə uşaqları gəlir oynayırıq. Hər səhər-axşam 15-20 dəqiqə qaçıram.

-Məşqçilər heyətindən xüsusi bir tapşırıq var?

-Hə, müəyyən şeylər deyiblər. Deyinlərə əməl etməyə çalışırıq. Təbii ki, çətinliklər olur. Tez vaxtda hər şeyin normala dönməsini istəyirəm. Mən bu qədər futbolsuz qalmamışdım. Artıq bir aydır ki, evdəyik. Həqiqətən çox darıxdırıcıdır. Yəni futbol bizim işimizdir. İşsiz qalmaq da adama pis təsir edir. İstər-istəməz uzaqlaşırsan. Ancaq əsas sağlamlıqdır, qalan hər şey zamanla düzələcək.

-çempionatın ləğvi müzakirə olunur. Buna münasibətin necədir?

-Mən bunun tərafdarı deyiləm. Komandalar bu qədər hazırlıq görüb, əziyyət çəkib, pul töküblər. Ləğv olunmasını istəmirəm. Təbii ki, bu AFFA-nın, PFL-nın qərarıdır. Ancaq Premyer Liqanın davam edəcəyinə ümid edirəm. üç gündən bir oyun olsa da, çıxıb oynamalıyıq. Avropada çoxdan belədir. Əgər bütün çempionatlar ləğv edilsə, o zaman deyəcək bir şey qalmaz. Ancaq belə mən bunun tərəfdarı deyiləm.

-Koronavirus səbəbindən klublar maddi ziyana uğrayıblar. Oyunçuların da maaşlarının azaldılması müzakirə olunur. Bununla razılaşarsan?

-Azərbaycanda bəzi klubları çıxmaq şərti ilə digərlərində maaşlar çox da yüksək deyil. Məsələn, kənardan kiməsə min manat aldğımız deyəndə böyük görünür. Ancaq futbol üçün bu, böyük rəqəm deyil. Oyunçu var beş yüz alır, oyunçu var beş min alır. Hamının özünə qismət. Ancaq maaşların azalmasının tərəfdarı deyiləm. Onsuz 4-5 il öncəyə baxanda xeyli fərq var. Pul azaldılanda nəsə düzələcək? Maaşların azaldılmasının qəti əleyhinəyəm.

-Bu qədər fasilədən sonra oynamaq çətin olmayacaq?

-Məncə, biraz çətinlik çəkərik. Ancaq bizim hazırlığımız var. Yayda da, qışda da toplanışlar keçmişik. Biraz məşq etdikdən sonra formaya düşə bilərik. çox da problem olmaz. Məşçilər heyəti bizi necə çalışdırmalı olduğunı bilirlər. Məncə, bir-iki həftə özümüzə gəlmək üçün bəs edəcək. Əsas liqanın başlamasıdır, qalanları yoluna düşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest